“Bakı Metropoliteni”ndə YENİ TƏYİNATLAR

Cəmiyyət

“Bakı Metropoliteni” QSC-nin “Cəfər Cabbarlı” və “Xalqlar dostluğu” stansiyalarına rəislər təyin olub.

“resmixeber.az”un əldə etdiyi məlumata görə, bununla bağlı qurumun sədri Zaur Hüseynov müvafiq əmrlər imzalayıb.

Z.Hüseynovun əmri ilə, “Cəfər Cabbarlı” stansiyasının rəisi Yusif Kərimov vəzifəsindən azad edilərək qurumun Hərəkət Xidmətində başqa vəzifəyə təyin olunub.

Onun yerinə isə bu vaxta qədər “28 May” stansiyasında rəis müavini olan Nəsiman Səttarov təyin olunub.

Bundan əlavə metronun “Xalqlar dostluğu” stansiyasının vakant olan rəisi vəzifəsinə “8 Noyabr” stansiyasının rəis müavini Kamal Talıbzadə təyin edilib.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir