Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yeni direktor və baş həkim təyin olunub

Cəmiyyət

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna (ETTOİ) yeni direktor təyin olunub.

Bu barədə resmixeber.az-a Səhiyyə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, Şahin Bəylər oğlu Əkbərov Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun direktor vəzifəsinə təyin olunub.

Səhiyyə nazirinin digər əmri ilə Kamil Elşad oğlu Eyvazov Elmi-Tədqiqat İnstitutunun direktorun müavini – baş həkim, Rüstəm Rəşidoviç Talışinski isə direktorun elmi işlər üzrə müavini vəzifəsinə təyin olunub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir