Qırğızıstanın ilk prezidenti Əsgər Akayevə qarşı bütün ittihamlar ləğv edildi

Dünya

Qırğızıstanın Baş Prokurorluğu “Kumtor” qızıl mədəni ilə bağlı araşdırmanı dayandırıb. Cinayət işi ölkənin birinci prezidenti Əsgər Akayevə qarşı açılmışdı.

Bu barədə baş nəzarət orqanının mətbuat xidməti xəbər yayıb.

“Kumtor” üzrə Akayevə qarşı iş dayandırılıb”, – deyə məlumatda bildirilir.

Bundan əvvəl ona qarşı digər epizodlar üzrə işlərin istintaqına xitam verilmişdi. Beləliklə, Akayevə qarşı bütün cinayət ittihamları ləğv edilib.

Akayev 1991-2005-ci illərdə Qırğızıstana rəhbərlik edib, “Lalə inqilabı” nəticəsində vəzifəsindən uzaqlaşdırılıb. Bundan sonra Rusiyaya köçüb, Moskvada məskunlaşıb. Qırğızıstanda o, “Kumtor” qızıl mədəninin fəaliyyəti ilə bağlı korrupsiya işi üzrə beynəlxalq axtarışa verilib. 2021-ci ilin yayında Akayev dindirilmək üçün Bişkekə aparılıb.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir