Qazaxıstan parlamenti respublikanın birinci prezidenti haqqında qanunu qüvvədən saldı

Dünya

Qazaxıstan parlamentinin deputatları cümə günü palataların birgə iclasında “Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası (milli lider) haqqında” qanunu qüvvədən salıblar.

Deputatlar ölkənin birinci lideri Nursultan Nazarbayevin statusu və səlahiyyətləri ilə bağlı ilk prezident haqqında qanunun qüvvədən düşməsini səs çoxluğu ilə qəbul ediblər.

Daha əvvəl Məclisin (parlamentin Aşağı Palatası) deputatları bu qanun layihəsinin müzakirəsi üçün parlament palatalarının birgə komissiyasını yaradıblar.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir