ABŞ-də ən bahalı bombardmançı təyyarənin qiyməti açıqlandı – FOTO

Dünya

ABŞ-nin “19FortyFive” nəşri “B-21 Raider” Amerika bombardmançı təyyarəsinin qiyməti ilə bağlı dəyərləndirmələr aparıb.

Təyyarə 751 milyon dollar dəyərində qiymətləndirilib.

“B-21 Raider” dünyanın ən qiymətli təyyarəsi hesab olunur, lakin o, elə Pentaqonun özü üçün də baha başa gələ bilər.

Nəşrin məlumatına görə, ABŞ Hərbi Hava Qüvvələri 100 bombardmançı ala bilər və bunun üçün 75 milyard dollar xərcləyə bilər.

“İndiyə qədər Müdafiə Nazirliyinin nümayəndələri və siyasətçilər iddia edirdilər ki, bombardmançılar vaxtında və büdcəyə uyğun təhvil veriləcək. Lakin bu rəqəm dəyişə bilər. Belə ki, prosesin istənilən anında satınalma proqramlarının qiymətinin yüksəldilməsi mümkündür, həmçinin qrafik üzrə çatdırılmalarda da gecikmələr ola bilər”, – deyə bununla bağlı dərc olunan məlumatda bildirilib.  

Mənbə: Gazeta.ru

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir