Meral Akşener təcili xəstəxanaya yerləşdirilib

Dünya

Türkiyənin “İyi” Partiyanın sədri, tanımış qadın siyasətçi  Meral Akşener xəstəxanaya yerləşdirilib.

Bu barədə partiyanın sözçüsü Hürşad Zorlu məlumat verib.

O qeyd edib ki, Meral Akşener ürək ritminin pozulması (aritmiya) diaqnozu ilə xəstəxanaya çatdırılıb.

Həkimlər siyasətçiyə gecəni xəstəxanada qalmağı məsləhət görüblər.

Sədrimiz Ankara Xəstəxanasındadır. Şükürlər olsun ki, aparılan müayinələr nəticəsində onun ürəyində heç bir problem aşkarlanmadı. Sabah Meral Akşenerin evə buraxılması planlaşdırılır”, – deyə Hürşad Zorlu vurğulayıb.

Mənbə: Hurriyet

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir