İsmayıllı rayonunda günlərdir yağan qar fəsadsız ötüşməyib.
“resmixeber.az” xəbər verir ki, rayonun Cülyan kəndində yaşayan Ağayev Raqif Əsgər oğluna məxsus evin qarşısındakı çardaq son günlər yağan qarın ağırlığına tab gətirməyərək çöküb.
Çardağın dağıntıları altında qalan “Mercedes” markalı minik avtomobili yararsız hala düşüb.
Çardağın uçması və avtomobilin əzilməsi nəticəsində ev sahibinə ümumilikdə beş min manatdan çox maddi ziyan dəyib.
www.RESMIXEBER.az