Sürücülərə ŞAD XƏBƏR: Sığorta ilə yaşanan problemlər aradan qaldırılır – VİDEO

Cəmiyyət

Kiçik mühərrikli nəqliyyat vasitələri sürücülərinin sığorta ilə bağlı yaşadıqları çətinlik aradan qaldırılacaq.

Xezerxeber.az-ın məlumatına görə, bununla bağlı Mərkəzi Bank tərəfindən sığortaedənlər qarşısında konkret öhdəlik qoyulub.

Bankın İdarə Heyətinin qərarı ilə “İcbari sığorta növlərinin aparılmasına icazə verilməsi üçün Əlavə Tələblər”də dəyişikliklər edilib.

Mövzu ilə bağlı danışan sığorta məsələləri üzrə ekspert Vüsal Bədəlov bildirib ki, yeni tələbə əsasən, sığorta şirkətləri öz internet səhifələlərində icbari sığorta müqaviləsinin alınması üçün imkan yaratmalıdırlar.

Vüsal Bədəlov qeyd edib ki, faktiki olaraq aşağı mühərrikli nəqliyyat vasitələrinin sürücüləri avtomobillərini icbari sığorta etdirməkdə ciddi çətinliklərlə üzləşirdilər:

“Bu qərarla artıq sığortaçılar belə nəqliyyat vasitəsini icbari sığorta etməkdən qaça bilməyəcəklər”.

Qeyd edək ki, kiçik mühərrikli nəqliyyat vasitələrinin icbari sığorta edilməsi problem uzun müddətdir davam etdir.

Daha ətraflı süjetdə:

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir