Üçüncü qüvvələrin bölgəyə gətirilməsi: İrəvan Tehrana qəbir qazır – ŞƏRH + FOTO

Siyasət

İran daim Azərbaycanı regiona üçüncü qüvvələri gətirməkdə ittiham edib. Tehran rəsmilərinin və onların təsiri altında olan dairələrin ittihamları ondan ibarət olub ki, guya Bakı region maraqlarını tapdalayan və real təhlükə yaradan ölkələrlə əməkdaşlıq edir. İran bunu bəhanə edərək dəfələrlə Azərbaycanı hədələyib.

Lakin regionda baş verən hadisələr sübut edir ki, İran hakimiyyətinin ölkəmizə qarşı bu fitnə-fəsadlı çıxışları yersizdir. Çünki Cənubi Qafqaza xarici qüvvələri gətirən ilk növbədə Ermənistandır. Son proseslər də bunu təsdiqləyir.

Hazırda Ermənistanın Azərbaycanla sərhədyanı bölgələrində Avropa İttifaqının (Aİ) missiyası fəaliyyət göstərir. Aİ-nin əsas ölkələrindən biri Fransadır. İstər rəsmi Parisin, istərsə də başqa qüvvələrin regiona girmək cəhdi başında rəsmi İrəvan dayanır.

44 günlük İkinci Qarabağ müharibəsindən sonra İrəvan Azərbaycan-Ermənistan sərhədyanı bölgəsinə, beynəlxalq qüvvələrin, hətta NATO qoşunlarının gətirilməsinə cəhd göstərirdi. Sonrakı dövrdə ermənilər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bölgəyə hərbi qüvvə göndərməsinə çalışırdılar. Daha sonra Ermənistan regiona Avropa İttifaqının mülki müşahidə missiyasının gətirilməsinə nail oldu. Bu məsələdə Ermənistana yardım edən və onları dəstəkləyən Fransadır.

Bu missiyanın bir qrupu fəaliyyətini başa çatdırıb, növbəti missiya Ermənistana gəlməkdədir. Missiya təkcə Azərbaycan-Ermənistan sərhədyanı bölgəsində vəziyyətin monitorinqini aparmır, fəaliyyəti yalnız İrəvanla bağlı məsələlərlə məhdudlaşmır. Bu, üçüncü qüvvələrin regiona birbaşa müdaxiləsi deməkdir. Yəni Ermənistan bu fəaliyyəti ilə İranın regiondakı marağına qarşı çıxır.

Fransa hansı ölkədir? Rəsmi Paris İran hakimiyyətinin tutduğu mövqeyi tənqid edən və Tehran rejiminin sərt sanksiyalarla üzləşməsini təmin edən aparıcı qüvvədir. Bundan başqa, Fransa və bu ölkə vətəndaşları İranın dəyər saydığı heç bir şeyə hörmət etmir. Bu yaxınlarda, Fransa jurnalında İranın ali rəhbəri Seyid Əli Xameneinin karikaturası dərc olunub.

Eyni zamanda, Fransa regional və beynəlxalq aləmdə İrana müxalif olan qüvvələrə sığınacaq verir. Bütün bunların fonunda Paris Ermənistanı tam dəstəkləyir. Deməli, İrəvan İranın ən qatı rəqibini, Tehran hakimiyyətinə qarşı olan bir qüvvəni regiona dəvət etməklə İrana qarşı fəaliyyət aparır. Kimsə təminat verə bilməz ki perspektivdə Ermənistan həmin qüvvələrdən İrana qarşı yararlanmayacaq.

Bu onu göstərir ki, İran hakimiyyəti Azərbaycana qarşı hədyanlar söyləməkdən, şantaj və hədə-qorxu ilə çıxış etməkdəndirsə, Ermənistanla münasibətlərinə diqqət etməlidir. Çünki, Ermənistan və ermənilər İran tarixində həmişə bu ölkənin hakimiyyətinə arxadan zərbə vuran qüvvələr olublar. Ermənilər istər 20-ci əsrin əvvəllərində, istərsə də şah hakimiyyəti dövründə hansı siyasi təşkilatlarda təmsil olmalarından asılı olmayaraq İrana xəyanət ediblər.

İndi isə üçüncü qüvvələri regiona cəlb etməklə Ermənistan hakimiyyəti İranın maraqlarını birbaşa təhlükə qarşısında qoyur.

Rəsmi Tehran üçüncü qüvvələri regiona gəlməsində başqa ölkələri deyil, öz dostu və qardaşı, özünə müttəfiq saydığı Ermənistanı günahkar bilməlidir. Tehran rejiminin bu fəaliyyətinə qarşı tədbirlər görməlidir.

İran rəsmiləri həmişə bölgüyə üçüncü qüvvələrin gəlməyindən narahatlıqlarını bildirirdilər. Təssüflər olsun ki, onlar belə bəyanatlar verəndə daha çox Azərbaycanı nəzərdə tuturdular. Guya Azərbaycan regiona üçüncü qüvvəni gətirir. Hadisələrə nəzər yetirsək, görərik ki, Azərbaycan ərazisində heç bir üçüncü ölkənin ordusu, beynəlxalq təşkilatların təmsilçiləri yoxdur.

Yeganə olaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda Rusiya sülhməramlıları müvəqqəti olaraq yerləşdirilib. Bunun da müddəti 5 ildir və tamamilə tərəflərin razılığı ilə bölgəyə gəlib. Ən əsası isə bunun İrana heç bir ziyanı yoxdur.

ABŞ və İsrailə gəlincə, bu ölkələrlə İranın ətrafında olan bütün dövlətlər əməkdaşlıq edir. Ona görə də, Tehran rejimi üçüncü qüvvəni regiona hansı dövlətin gətirdiyini tanısa yaxşı olar. Ermənistan əslində İran hakimiyyəti üçün qəbir qazır. Bunu da özünün təhlükəsizliyini təmin etmək adı altında edir. Əslində isə İranın maraqlarını satır.

İrəvan bölgəyə perspektivdə Tehrana təhlükə yarada biləcək ölkələrin maraqlarını daşıyır. Bütün bunlar isə onu göstərir ki, İranın təhlükəsizliyini bütövlükdə Ermənistan təhdid edir.

“resmixeber.az” İnformasiya Agentliyi

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir