Azərbaycanda inzibati məsuliyyətdən azad etmənin xüsusi halı müəyyənləşdi

Siyasət

Azərbaycanda inzibati məsuliyyətdən azad etmənin xüsusi halı müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, bu, Prezident İlham Əliyevin İnzibati Xətalar Məcəlləsinə (İXM) dəyişikliyi təsdiqləməsi ilə mümkün olub.

Bildirilib ki, İXM-in 134.1-ci maddəsində inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılması nəticəsində qəbul edilən qərarlar müəyyən olunub. Həmin qərarlardan biri 134.1.5-ci maddədə əks olunub. Həmin maddəyə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərar qəbul edilir. Lakin inzibati xəta haqqında iş üzrə qərarın lağv edilməsi və ya dəyişdirilməsi üçün əsasları müəyyən edən İXM-in 135-ci maddəsində qeyd olunan əsas (inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etməsi) əks olunmayıb. Məcəllədə olan bu ziddiyyəti aradan qaldırmaq məqsədilə inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasların sırasına inzibati xəta haqqında iş üzrə qəranın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi əlavə olunub.

Dəyişikliyə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyəti nezerde tutan 528.1-ci maddənin dispozisiyası təkmilləşdirilərək yeni redaksiyada verilib. Həmin maddədə nəzərdə tutulan inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə isə daha ciddi sanksiya nəzərdə tutan yeni inzibati xəta əlavə olunub (528.1-1-ci maddə). Bundan başqa, 528.3-cü maddədə inzibati xətanın hansı subyekt tərəfindən törədilməsi dəqiq göstərilib və 528-ci maddəyə yeni qeyd hissəsi əlavə edilməklə inzibati məsuliyyətdən azad etmənin xüsusi halı əks olunub.

İnzibati Xətalar Məcəlləsinin 150.5.1-ci maddəsinə əsasən, inzibati cərimə ödənilmədikdə, onun ödənilməsi məqsədi ilə inzibati cərimə tətbiq etmə haqqında qərarın surəti həmin qərarı qəbul etmiş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən fiziki şəxsin əməkhaqqından, təqaüdündən, pensiyasından və ya digər gəlirlərindən tutulması üçün inzibati məsuliyyətə cəlb edilmiş şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı müəssisəyə, idarəyə, təşkilata və ya pensiya təyin edən orqana göndərilir. Qeyd olunanlara uyğun olaraq fiziki şəxsin işlədiyi və ya oxuduğu, yaxud əməkhaqqı aldığı qurum və ya pensiya təyin edən orqan tərəfindən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icrası ilə bağlı tədbirlərin görülməməsinə görə inzibati masuliyyət müəyyən edən yeni maddə əlavə olunur.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir