Bakıda qırmızı işıqda keçən BMW qəza törədib aşdı: Xəsarət alan var – VİDEO

Cəmiyyət

Paytaxtın 8 Noyabr prospektində yol-nəqliyyat hadisəsi baş verib. 

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. 

Belə ki, iki minik avtomobili toqquşub. Zərbənin təsirindən nəqliyyat vasitələrindən biri aşıb.

Qəza ilə bağlı resmixeber.az-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin polis mayoru Araz Əsgərli bildirib ki, bu gün saat 15:00-da BMW markalı avtomobil işıqforun qırmızı işığından keçib və “Toyota Camry” markalı avtomobillə toqquşub:

“Daha sonra BMW markalı avtomobil dirəyə çırpılıb. Baş verən hadisə zamanı xəsarət alan var. Araşdırma aparılır”.

resmixeber.az-ın əldə etdiyi məlumata görə, qəza zamanı təhlükəsiz şəhər kamerası da yararsız vəziyyətə düşüb.

Həmin qəza yerindən görüntüləri təqdim edirik:

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir