Bakıda unlu məmulatların istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb – FOTO

Cəmiyyət

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakıda unlu məmulatların istehsalı müəssisəsində nöqsanlar aşkarlayıb.

Bu barədə resmixeber.az-a AQTA-dan məlumat verilib.

Belə ki, agentlik əməkdaşları Bakı şəhəri, Səbail rayonu, A.Məmmədov küç., ev 82 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Bayramova Raifə Sayad qızına məxsus unlu məmulatların istehsalı müəssisəsində aparılan plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə əməl edilmədiyini müəyyən ediblər.

Müəssisədə havalandırma sisteminin quraşdırılmadığı, əllərin, qida məhsullarının və istifadə edilən alətlərin yuyulması üçün ayrıca yuma çanağının təşkil edilmədiyi, pəncərələrin həşəratlara qarşı qoruyucu tor örtüklə təmin edilmədiyi, ağzı kip tullantı qablarının mövcud olmadığı, divarların hamar, asan yuyula bilən, yuyucu maddələrin və dezinfeksiyaedici vasitələrin təsirinə davamlı materialla üzlənmədiyi, sanitar qovşağın birbaşa qida məhsullarının emal olunduğu sahəyə açıldığı, işçi heyətin mütəmadi olaraq tibbi müayinədən keçirilmədikləri və xüsusi geyimlə, fərdi mühafizə vasitələri ilə təmin edilmədikləri aşkarlanıb.

Aşkar olunmuş pozuntularla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir