Sabirabadda avtomobil qəzası zamanı iki nəfər xəsarət alıb.
“resmixeber.az”un məlumatına görə, hadisə bu gün səhər saatlarında Hacıqabul-Horadiz magistral yolunun 21-ci kilometrliyində – rayonun Nərimankənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan “Mercedes-Benz” markalı avtomobil “Toyota” markalı maşınla toqquşub.
Qəza nəticəsində Bakı şəhər sakinləri, 1966-cı il təvəllüdlü Abbasova Nailə Rəhim qızı və 1994-cü il təvəllüdlü Abbasova Könül Arzu qızı müxtəlif dərəcəli xəsarətlər alıblar.
Xəsarət alanlar Sabirabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.





www.RESMIXEBER.az