Ben Afflek kassir oldu: kafe müştərilərinə xidmət etdi – FOTO/VİDEO

Dünya

Məşhur Hollivud aktyoru Ben Afflek “Dunkin’ Donuts” kafesində kassa arxasına keçib.

Bu, kafenin reklam kampaniyası çərçivəsində baş tutub.

Paparazzilər amerikalı aktyor Ben Affleki Bostonda “Dunkin’ Donuts” qəhvə kafeləri şəbəkəsinin reklam çəkilişləri zamanı görüntüləyib. “Oskar” mükafatına sahib sənətçi barista formasını geyinib və sifarişlərin qəbulu pəncərəsində əyləşib.

Görüntülərə əsasən demək olar ki, deyəsən o, arzusunu gerçəkləşdirib. Belə ki, çəkilişdən olan kadrlarda donatsların (ponçiklərin) məşhur pərəstişkarı olan Afflek sevincli halda barista geyimində qəhvə paylayır.

Kassada Affleki görən sürücülər tamamilə çaşıb qalıblar. Liza Makkey adlı “İnstagram” istifadəçisinin sözlərinə görə, aktyor ona qəhvə verdiyi zaman çox nəzakətli olub.

“O, çox əyləncəli, çox mehriban və sadəcə super şirin idi. Və təbii ki, o, hələ də Boston ləhcəsində danışır”, – deyə Liza bildirib.

Digər kadrlarda rejissorun başqa müştərilərlə birlikdə həyat yoldaşı Cennifer Lopezə də xidmət göstərdiyi əks olunub. Sifariş verdikdən sonra isə Afflek Cenniferlə mehriban şəkildə zarafatlaşmağa başlayıb – Hollivud ulduzu Cenniferə qulaqcıq verib və onun başına brendin papağını taxıb.

Qeyd edək ki, Ben Afflek məşhur “Dunkin’ Donuts” həvəskarıdır. Məşhur ulduz tez-tez bu kafedən aldığı yemək və içkilərlə paparazzilərə tuş gəlir.

İndi isə Afflek nəhayət kafenin rəsmi “səfiri” olub.

Mənbə: “The Washington Post”

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir