Fransa vətəndaşlarını İrana səfərdən çəkinməyə çağırdı

Dünya

Fransa Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına İrana hər hansı səfərdən çəkinməyi tövsiyə edib.

Bunu Fransa Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi “Charlie Hebdo” jurnalında İranın ali liderinin karikaturalarının dərci ilə əlaqədar Paris və Tehran arasında yaranmış gərginliklə bağlı sualları cavablandırarkən deyib.

“Ölkə rəsmiləri tərəfindən qanunsuz həbslər riskinin yüksək olduğunu nəzərə alaraq, İrana hər hansı səfərdən çəkinməyi rəsmi şəkildə tövsiyə edirik”, – XİN-dən bildirilib.

Qeyd edək ki, yanvarın 5-də İran hakimiyyəti “Charlie Hebdo” jurnalındakı materiala cavab olaraq İrandakı Fransa Araşdırma İnstitutunun (IFRI) bağlandığını elan edib. Çərşənbə günü İranın hüquq məsələləri üzrə vitse-prezidenti Məhəmməd Dehqan deyib ki, İran Fransa nəşrinə qarşı məhkəmə iddiası hazırlayır.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir