Zaqatalada keçmiş məhkumdan külli miqdarda narkotik götürülüb – FOTO

Kriminal

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsə qarşı əməliyyat tədbiri həyata keçirib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Alişir Afrailov tutulub.

Şəxsi axtarış zamanı ondan marixuana aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə Alişir Afrailovun Fındıqlı kəndi ərazisində yaşadığı yerə də baxış keçirilib və oradan ümumi çəkisi 2 kiloqramdan artıq olan narkotik vasitə-qurudulmuş marixuana aşkarlanıb. 

Saxlanılan şəxs barəsində Zaqatala Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, Alişir Afrailovun cinayət əlaqələrinin müəyyən olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir