Ukraynada azərbaycanlı ailənin evi raket zərbəsi nəticəsində dağılıb – VİDEO

Dünya

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov oradan son məlumatları çatdırıb.
O bildirib ki, Kiyevdə son günlər həyəcan siqnalı eşidilmir. Lakin bu sakitlik gözlənilən yeni raket hücumu ilə bağlı narahatlığı daha da artırır.

“Buna səbəb Belarusda Rusiya ordusunun təlimlərini artırması və Belarus ordusunun bu təlimlərə cəlb olunmasıdır”, – deyə jurnalist qeyd edib.

M.Aslanovun sözlərinə görə, Donetsk, Nikolayev, Dnepropetrovska Rusiyanın hava hücumları davam edir.

O da bildirilib ki, Avdeyevka şəhəri ətrafında yaşayan azərbaycanlı ailənin evi raket zərbəsi nəticəsində darmadağın olub. Xoşbəxtlikdən, ailə evdə olmayıb.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir