Ukrayna Ombudsmanı: “Azərbaycan ukraynalılara humanitar məsələlərdə yardımını əsirgəməyib”

Siyasət

“Azərbaycan ukraynalılara humanitar məsələlərdə yardımını əsirgəməyib”.

Bunu “resmixeber.az”un Ankara bürosuna açıqlamasında Türkiyədə səfərdə olan Ukrayna Ali Radasının insan hüquqları üzrə komissarı (Ombudsman) Dmitro Lubinets bildirib.

O, Ukraynaya göstərdiyi humanitar dəstəyə görə Azərbaycana təşəkkür edib:

“Bu məsələdə azərbaycanlı həmkarım Səbinə Əliyeva da mühüm rol oynayıb. Azərbaycanlı həmkarımla çox yaxşı əlaqələrimiz var. Fürsətdən istifadə edərək verdiyi dəstəyə görə də həmkarım Səbinə xanıma təşəkkür edirəm”.

Qeyd edək ki, Ankarada Türkiyə Ombudsmanlıq Qurumunun təşkilatçılığı ilə “XXI əsrdə insan hüquqlarının gələcəyi” mövzusundakı beynəlxalq konfrans keçirilir. Tədbirdə 35 müxtəlif ölkədən 50-dən çox ombudsman və insan hüquqları institutlarının nümayəndələri iştirak edir. Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoçun təşəbbüsü və iştirakı ilə Rusiyanın İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova və Ukrayna Ali Radasının insan hüquqları üzrə komissarı (Ombudsman) Dmitro Lubinets arasında üçtərəfli görüş keçirilib.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir