“Bu, Ankaraya təzyiq cəhdidir” – Bundestaq deputatından ŞƏRH

Siyasət

“Türkiyənin NATO üzvlüyündən çıxarılması üçün hüquqi mexanizmlər yoxdur. Bunlar hamısı populist bəyanatlardır, Ankaraya təzyiq cəhdidir, başqa bir şey deyil”.

Bunu alman siyasətçi, AFR Bundestaqının (parlament) “Almaniya üçün Alternativ” (“Alternative für Deutschland”, AfD) partiyasından olan deputatı Yevgeni Şmidt NATO və Türkiyə faktoru ilə bağlı resmixeber.az-a şərh verərkən bildirib.

O, hazırda NATO-da böhran olduğunu vurğulayıb.

“Bunu İsveç və Finlandiyanın NATO-ya qəbul prosesi göstərdi. Şimali Atlantika alyansının bütün üzvləri bununla razılaşmır. Təbii ki, hər hansı hərbi bloka daxil olmaq barədə qərar qəbul etmək onların suveren hüququdur və buna görə tənqid oluna bilməzlər. Lakin Stokholm və Helsinki cari çağırışları və nəticələri təhlil etsələr yaxşı olardı. Ümumiyyətlə, NATO ölkələrinin alyansın gələcək inkişafı ilə bağlı fərqli baxışları var. Ukraynadakı münaqişə ilə bağlı da mübahisələr var (söhbət Kiyevə hərbi yardımdan gedir – red.)”, – deyə politoloq bildirib.

Türkiyəni Şimali Atlantika Alyansından çıxarmaq barədə ABŞ-də uzun müddətdir davam edən çağırışlara gəlincə isə, siyasətçi Türkiyə ordusunun Avropanın ən böyük ordusu olduğundan bunun mümkün olmadığını bildirib.

“Amma Avropanın müdafiə mərkəzinin Vaşinqtondan Avropaya köçürülməsinə ehtiyac olması faktdır. Hazırda NATO-da Birləşmiş Ştatlar üstünlük təşkil edir. Biz hərbi blokda qüvvələrin uyğunlaşdırılmasına yenidən baxmalıyıq, Avropa güclənməlidir”, – deyə o, əlavə edib.

Siyasi ekspert NATO üzvü olan iki ölkənin – Türkiyə və Yunanıstanın bir-biri ilə problemləri oduğunu xatırladıb.

“Amma dediyim kimi, heç kim Türkiyəni NATO-dan kənarlaşdırmayacaq”, – deyə Yevgeni Şmidt sözlərini yekunlaşdırıb.

Nair Əliyev

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir