“Sosiallıq Dairəsi” layihəsinə start verilir

Cəmiyyət

Azərbaycan Gənclər Fondu və “İrəli” İctimai Birliyinin dəstəyi ilə “Sosiallıq Dairəsi” layihəsinə start verilir.

“İrəli” Birliyin Mətbuat xidmətindən resmixeber.az-a məlumat verilib ki, 1 ay müddətində həyata keçiriləcək layihə çərçivəsində insan hüquqları, işlərin idarə edilməsi, sosial sahibkarlıq və digər mövzularda təlimlərin keçirilməsi nəzərdə tutulur. İştirakçılar layihə müddətində sosial səriştələr, şəxsi bacarıqlarda peşəkarlıq, münaqişələrin effektiv idarə edilməsi sahəsində yeni bilik və təcrübələr qazanacaq, həmçinin öz potensialından daha səmərəli istifadə etmək üçün bacarıqlarını inkişaf etdirəcəklər.

Layihənin keçirilməsində əsas məqsəd gənclərin özünüifadə kimi biliklərinin formalaşmasına şərait yaratmaq, gənclərə təhsil müəsissələrindən əlavə olaraq qeyri-formal təhsil metod və prinsiplərinin öyrədilməsində yardımçı olmaq, habelə daxili problemlərin həllində düzgün və effektiv qərarların icrası prosesində təkanverici qüvvə kimi formalaşdırılmasıdır.

Həmçinin qeyd olunub ki, layihə Azərbaycan Gənclər Fondunun elan etdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələr Qrant Müsabiqəsi çərçivəsində keçirilir.

Layihədə iştirak etmək istəyən 17-23 yaş aralığında, məsuliyyətli və təşəbbüskar, özünü inkişafa meyilli və komanda ilə işləmə bacarığına malik gənclər aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərlər: https://bit.ly/3X3RMIm

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir