Bu gün Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində növbəti canlı yayım həkim məsləhəti olmadan edilən yanlış müalicələrə həsr olunacaq.
resmixeber.az-ın məlumatına görə, canlı yayımın qonağı Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Zakir Quliyevdir.
Yayım ərzində mövzu ilə bağlı sizi maraqlandıran sualları şərh bölməsinə qeyd edə və ya canlı yayımda Zakir Quliyevə ünvanlaya bilərsiniz.
www.RESMIXEBER.az