Evə girməzdən əvvəl işığı kəsiblər – Şöbə müdirinin qətlinin DETALLARI + FOTO

Kriminal

Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri Bəyaz Cabbarovun dünən axşam saatlarında bıçaqlanması barədə yeni detallar məlum olub.

resmixeber.az-ın əldə etdiyi məlumatına görə, B.Cabbarov gəlini ilə birlikdə mənzildə olan zaman qətlə yetirilib. 

Hadisəni törədən naməlum şəxs (şəxslər) tərəfindən mənzilə daxil olmadan əvvəl elektrik enerjisi kəsilib.

Daha sonra evin birinci mərtəbəsində həkimə 21 bıçaq zərbəsi vurulub. 

Hadisə yerinə təcili tibbi yardım maşını çağırılıb və həkim briqadası əraziyə yollanıb. B.Cabbarov Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.

Hadisə baş verən zaman onun oğlu evdə olmayıb. İlkin ehtimala görə, hadisə qisas xarakterli olub.

Hadisə baş verən zaman evdən pul və ya zinət əşyaları oğurlanmayıb.

Həkimin evinə gələn şəxs (şəxslərin) yaxınlıqda yerləşən mənzilin müşahidə kamerasına düşdüyü qeyd edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə Regional Qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslı resmixeber.az-a açıqlamasında bildirilib ki, hazırda faktla bağlı araşdırma aparılır:

“Hadisəni törədən şəxs və şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir”.

Qeyd edək ki, B.Cabbarov 1958-ci ildə Yevlax rayonunun Qaraoğlan kəndində anadan olub. 1976-1982-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 1983-cü ildən etibarən Yevlax rayonunda yerləşən vərəm əleyhinə dispanserdə həkim, 2000-ci ildən həmin müəssisədə baş həkim vəzifəsində fəaliyyət göstərib. 2017-ci ildən bu günədək Yevlax Rayon Mərkəzi Xəstəxanasının Vərəm şöbəsinin müdiri işləyib.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir