FHN: İkisi azyaşlı olmaqla üç nəfər köməksiz vəziyyətdə qalıb – FOTO/VİDEO

Cəmiyyət

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivində yerləşən çoxmərtəbəli yaşayış binasında vətəndaşın bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

FHN-in məlumatına görə, qurumun Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri dərhal çağırış ünvanına cəlb olunublar.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən 16 mərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində yerləşən mənzildə qapının kilidinin sınması nəticəsində ikisi azyaşlı olmaqla üç nəfər vətəndaşın köməksiz vəziyyətdə qalması müəyyən edilib.

Xilasedicilər əməliyyat şəraitinə uyğun xüsusi alpinist vasitələrindən istifadə etməklə mənzilə eyvandan daxil olub qapını açaraq, vətəndaşları köməksiz vəziyyətdən xilas ediblər.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir