Goranboy rayonunda hamamda partlayış baş verib.
resmixeber.az-ın məlumatına görə, hadisə Şəfibəyli kəndində qeydə alınıb.
Belə ki, həmin kənd sakini, 1942-ci il təvəllüdlü Validə Mirzəyevanın fərdi yaşayış evindəki hamamda odunla qızdırılan su qızdırıcısı içində su olmadığından partlayıb.
Həmin vaxt hamamda olan qadın aldığı xəsarətdən ölüb.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.
www.RESMIXEBER.az