Naxçıvanda 212 milyon yeyintidə ittiham edilən məmur vəzifəsini itirdi

Cəmiyyət

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edilib.

resmixeber.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb.

Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndi rəhbər tutularaq Hicran Yaqub oğlu Rüstəmov Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad olunub.

Xatırladaq ki, H.Rüstəmov 212 milyon 361 min manat dövlət vəsaitinin mənimsənilməsində ittiham edilir.

Qeyd edək ki, bu gün Naxçıvan MR-in maliyyə naziri Rafael Rza oğlu Əliyev də vəzifəsindən azad edilib.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir