Tovuzda azyaşlılar bit əleyhinə dərmandan zəhərləndilər

Cəmiyyət

Tovuzda zəhərlənmə faktı qeydə alınıb.

resmixeber.az-nın məlumatına görə, hadisə rayonun Dondar Quşçu kəndində qeydə alınıb.

Dondar Quşcu kənd sakinləri – 2019-cu il təvəllüdlü Əliyev Adəm Əmrah oğlu və 2021-ci il təvəllüdlü Əliyev Rüfət Əmrah oğlu zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. 

Azyaşlılara tibbi yardım göstərilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir. 

Məlumata görə, azyaşlı qardaşlar valideynin səhlənkarlığından bit əleyhinə dərmanı içərək zəhərləniblər.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir