Abramoviçin yaxtası Türkiyə sahillərində lövbər salıb

Dünya

Rusiyalı milyarder Roman Abramoviçin “My Solaris” yaxtası Türkiyənin cənub-qərbində Marmaris sahillərində lövbər salıb.

Türkiyənin Muğla vilayətinin Marmaris Kruiz limanına yanaşan Bermud bayraqlı gəmi turizm bölgəsinin sakinləri və ziyarətçilərində böyük marağa səbəb olub.

Uzunluğu 139 metr, eni 26 metr olan yaxta üzgüçülük hovuzu və helikopter meydançası ilə təchiz olunub.

Gəmi 5 həftə turizm zonasının sahillərində qalacaq.

Mənbə: Anadolu

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir