Nur Fettahoğlu evli iş adamı ilə görüntüləndi – FOTO

Dünya

Türkiyənin tanınmış aktrisası Nur Fettahoğlu özəl həyatı ilə gündəm olub.

Onun evli iş adamı Həsən Əli Ceylan ilə sevgili olduğu iddia edilir.

“Söylemezsem Olmaz” adlı verilişdə qeyd olunub ki, ötən axşam cütlük restoranda 3 saat birgə vaxt keçirib. Onlar restorandan ard-arda çıxaraq biznesmenin avtomobilinə miniblər. Avtomobildə səmimi davranışları ilə diqqət çəkən cütlük görüntüləndiklərinin fərqinə vardıqda yol-hərəkət qaydalarına məhəl qoymadan həmin yerdən uzaqlaşıblar.

Nur Fettahoğlu iki dəfə ailə qurub- 2008-2011-də Murat Aysan, 2013-2021-ci illərdə isə Levent Veziroğlu ilə evli olan məşhurun sonuncu evliliyindən bir qızı var.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir