“Baykar”ın şaquli uçuş və eniş həyata keçirən dronunun 2 438 m hündürlükdə uğurlu sınağı – VİDEO

Dünya

“Baykar”ın yerli və milli imkanlarla istehsal etdiyi pilotsuz uçuş aparatlarının (PUA) uğuru göz qamaşdırır. Şirkətin müdafiə sənayesində diqqət çəkən daha bir texnikası “Bayraktar şaquli uçuş və enişli pilotsuz uçuş aparatı”dir (DİHA).

“Baykar”ın rəsmi “Twitter” hesabında “Bayraktar DİHA”nın təqribən 2 438 metr (8 000 fut) hündürlükdə uğurlu sınağı nümayiş olunub.

2023-cü ildə istifadəyə verilməsi planlaşdırılan kəşfiyyat məqsədli dron avtomatik kreyser uçuş rejimi, avtonom uçuş, avtonom eniş və yarı avtonom kreyser uçuşu həyata keçirə bilir. 

Mənbə: “Anadolu” Agentliyi

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir