Azərbaycanda müəllimi döyüb çantasını oğurladılar

Cəmiyyət

Neftçala rayonunun Bankə qəsəbəsində döyülmə faktı qeydə alınıb.

Bakupost.az xəbər verir ki, qəsəbənin 2 nömrəli məktəbində ibtidai sinif müəllimi işləyən Elza İbrahimova evə gedərkən qara maskalı şəxsin hücumuna məruz qalıb.

Həmin şəxs müəllimə xəsarət yetirərək, əlindəki çantanı alıb və hadisə yerindən uzaqlaşıb. E.İbrahimovanın başından ağır xəsarət aldığı bildirilir.

Hazırda Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları cinayəti törədən şəxsin müəyyənləşdirilməsi istiqamətində iş aparırlar.

Məlumata görə, Elza müəllimə qəsəbənin imkanlı şəxslərindən hesab edilir. O, müəlliməliklə yanaşı xırda ticarətlə də məşğul olur.

Məsələ ilə bağlı məktəbin direktoru Hüsniyyə Zeynalova ilə əlaqə saxladıq. Direktor açıqlamasında hadisənin baş verdiyini təsdiqləyib:

“Hazırda polis araşdırma aparır”.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir