Bu gün marketlərdə yerli istehsal olan mallar xaricdən gətirilən məhsullardan daha baha satılır.
Məsələn, Rusiya istehsalı olan günəbaxan yağı 4,80-4,90 AZN-ə satıldığı halda Azərbaycanda istehsal olunan yağ 6,50-6,60 AZN-ə təklif olunur.
Həmçinin 1 manat 30 qəpiyə satılan 200 qramlıq xarici istehsal olan mayonezin yerli alternativinin qiyməti 1 manat 65 qəpikdir.
Qeyd edək ki, qeyri-ərzaq məhsullarının satışında da vəziyyət eynidir.
Bəs sakinlər hansı məhsulun istifadəsinə üstünlük verirlər?
Ətraflı Baku TV-nin süjetində:
www.RESMIXEBER.az