Britaniya ərazisindən ilk peyk buraxılışı uğursuz oldu – FOTO

Dünya

Britaniya ərazisindən tarixdə ilk peyk buraxılışı uğursuzluqla başa çatıb. 

Bu barədə “Virgin Orbit” şirkətindən xəbər veriblər.

Bildirilir ki, raketlər kosmosa Britaniya Müdafiə Nazirliyi və ABŞ Milli Kəşfiyyat İdarəsi daxil olmaqla müxtəlif dövlət qurumları və şirkətlərin doqquz minipeykini çatdırmalı idi.

Buraxılış hava sxeminə uyğun olaraq baş verib – uzunluğu 21 m olan ikimərhələli raket modifikasiya olunmuş “Boeing 747” təyyarəsindən (“Cosmic Girl”) təxminən 11,5 min metr yüksəklikdən atılıb, bundan sonra mühərrik işə düşüb. 

Lakin raket orbitə çıxa bilməyib.

“Görünür, orbitə çıxmağımıza mane olan anomaliya ilə qarşılaşmışıq. Hazırda məlumatları yoxlayırıq”, – deyə şirkətin açıqlamasında deyilir.

Mənbə: TASS

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir