Son iki gün ərzində dəm qazından zəhərlənmə ilə bağlı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə 14 nəfər müraciət edib.
Bu barədə resmixeber.az-ın sorğusuna cavab olaraq mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu deyib.
E.Hidayətoğlu qeyd edib ki, müraciət edənlərdən beşinin vəziyyəti ağır olduğundan stasionar müalicəyə qəbul ediliblər:
“Digər şəxslərə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıblar. Onlar arasında iki nəfər azyaşlı da olub”.
Könül Cəfərli
www.RESMIXEBER.az