Sabah Azərbaycanın bəzi ərazilərində 22 dərəcə şaxta olacaq – PROQNOZ

Cəmiyyət

Yanvarın 11-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti haqda proqnoz açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən resmixeber.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir qar yağacağı, axşam tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 1-3 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın, Bakıda gecə 1-3 dərəcə şaxta, gündüz 0 dərəcəyə yaxın olacaq. Atmosfer təzyiqi normadan yüksək 785 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80% olacaq. Yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə 18-22, gündüz 7-12 dərəcə şaxta olacaq. Yollar buz bağlayacaq.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir