Britaniyanın Bakıdakı səfiri “Parisi partladır”: Diplomatik incəliklə verilən sətiraltı kodlar – TƏHLİL + FOTO

Dünya

Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld Azərbaycan dili səviyyəsini yüksəldərək elə bu dildə ölkəsinin tarixi rəqibinə subliminal mesajlar ötürür.

Britaniya səfirinin “Twitter”də Azərbaycan dilində etdiyi paylaşımda ev tapşırığı olaraq “Dərviş Parisi partladır” filminə baxdığını yazması xüsusi diplomatik incəliklə Fransaya nələrinsə xatırladılmasıdır.

Britaniyalı diplomat “ev dərsi” anlayışını, sadəcə, Azərbaycan dili müəlliminin ona verdiyi tapşırıq kimi qələmə verir, hərçənd ki, bunun daha dərin mətləbləri var.

Bu, dünyanın supergücləri siyahısında yer tutan Britaniyadan verilən tapşırıqların Fransaya qarşı tündlüyünü göstərən subliminal elandır.

Fransanın Azərbaycana qarşı mövqeyini tirajlaması və bəzi gizli fəaliyyətlərini belə, açıq müstəviyə çevirməsi onun Cənubi Qafqazı uduzmasının yaratdığı yarımçıqlıq kompleksindən irəli gəlir.

Böyük Britaniya Fransa ilə rəqibdir, hər iki ölkə NATO ailəsinin “övladı” olsa da, London ABŞ ilə birgə Parisi qlobal arenada hörmətsiz etmək siyasətini yürüdür.

Cənubi Qafqaz səhnəsində Böyük Britaniya özünə lazım olan yerlərə yiyələnib və bu, Fransanın ona qarşı tarixi qisasçılıq hissini alışdırır.

İki ölkə də kolonial siyasət yürüdən imperiyaların tarixi varisləridir və Britaniya-Fransa qarşıdurmasının Cənubi Qafqaz platformasındakı nüfuz savaşının təzahürləri həmin köklərə əsaslana bilər.

Tarixi mənbələrlə qısa ekskurs edəndə göz önündə iki ölkənin Cənubi Qafqaz üzrə bir-birinə qarşı qəzəbinin mənbəsinə gedib çıxmaq olar.

Söhbət 1916-cı ilin may ayında iki ölkə tərəfindən ratifikasiya edilən “Says-Piko” razılaşmasından gedir.

 

Qısa icmal şəklində konseptual qeydlər edək. Bu razılaşma Britaniya ilə Fransa arasında Rusiya imperiyasının, İtaliya Krallığının dəstəyi ilə imzalanmışdı, məqsəd dağılan Osmanlı imperiyasının ərazilərini qamarlamaq məsələsində pay sahibliyini müəyyən etmək idi.

Ancaq Birinci Dünya müharibəsindəki gedişatlar, gözlənilən nəticələr razılaşmalardan tədrici uzaqlaşmaq üçün bəhanələr yaratdı.

Əlqərəz, Britaniya Cənubi Qafqazda Rusiyanın strateji maraqları qarşısında aciz duruma düşdükdən sonra qoşunlarını Azərbaycandan çıxarmaq məcburiyyəti ilə üzləşəndə regiona alternativ sədd kimi Fransanı soxmağa çalışır.

Britaniya Cənubi Qafqazda Fransaya mandat verməklə iki hədəfi müəyyən edirdi:

1. Fransanı “Says-Piko” müqaviləsindən Britaniyanın xeyrinə imtina etməsinə razı salmaq;

2. Əvəzində Cənubi Qafqazı Fransaya “bəxşiş vermək”;

3. Strateji tabloda əsas məqsəd isə Fransanı Böyük Britaniyanın digər regionlar üzrə maraq dairəsindən uzaqlaşdırmaq idi.

Ancaq bu təkliflər Britaniyada böyük dəstək qazanmadı və reallaşmadı. Fransanın əlindən Cənubi Qafqaz kartı da beləcə çıxdı. Bugünkü Britaniya-Fransa hibrid savaşının konseptual tərəfləri qlobal səhnədəki baş rola iddialılıqdan qaynaqlanırsa, Cənubi Qafqazdakı “müharibə” də həmin ümumi mənzərənin bir detalıdır.

Britaniyaya uduzan Fransa rəqibinin Azərbaycandakı sərmayəçilik profilini gücləndirməsinə və strateji maraqları yönündə inamla irəliləməsinə maneə yaratmaq istəyir.

Ancaq Britaniya regionda münaqişələr və onların idarə edilməsi, sülh quruculuğu üzrə xüsusi təcrübəyə malikdir və onun bu yanaşması hazırda Azərbaycanın dövlət maraqlarına uyğundur.

Fransa isə tarixdən qalaqlanan qəzəblərinin üstünə strateji məğlubiyyətlər gəldikcə daha da hiddətlənir və o, Britaniyanı sıxışdırmaq üçün Rusiya ilə də sövdələşməyə can atır.

İndi Böyük Britaniya səfiri cənab Fergus Auld Azərbaycan dilində verdiyi mesajla “Parisi partladır” və sətiraltı şəkildə bildirir ki, sən Cənubi Qafqazda məğlubiyyətə məhkumsan.

İkinci bir yandan, Britaniya səfiri Fransanın Cənubi Qafqazdakı hansısa kəşfiyyat planından xəbərdar olduğunu elan edə bilər. Yəqin ki, Britaniya nüfuzlu kəşfiyyatı vasitəsilə Parisdən artan təzyiqlərin yeni izinə düşüb…

Aqşin Kərimov

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir