14 yaşlı Arifənin anası: “Qızıma böyrək köçürülməlidir, donoru atasıdır, amma pulumuz çatmır” – FOTO

Cəmiyyət

14 yaşlı Arifənin sizin yardımlarınıza ehtiyacı var.

Bu barədə resmixeber.az-a onun anası Minurə Fərzəliyeva məlumat verib.

O bildirib ki, Arifə bir böyrəklə dünyaya gəlib.

“Arifə dünyaya gələndə onun bir böyrəyi var idi, 9 yaşına qədər isə səhhəti ilə bağlı hər şey normal idi. Daha sonra onun böyrəyi fəaliyyətini demək olar ki dayandırdı. Nə qədər müalicə etsək də, xeyri olmadı. Son iki ildə isə dializə gedirik. Artıq onun da bir faydası yoxdur. Arifəyə böyrək köçürülməlidir. Donoru isə atasıdır”.

Minurə Fərzəliyeva bildirib ki, Arifə artıq iki aydır dərsə gedə bilmir.

“Arifə məktəbini, dərsləri çox sevirdi. Yaşıdları arasında riyaziyyat üzrə respublika çempionu olub. İndi sağlamlığı ilə bağlı dərsə gedə bilmir, geri qalır. Vəziyyəti isə günü-gündən ağırlaşır. Yanvarın 23-ü böyrək köçürməsinə görə Türkiyəyə getməliyik. Əməliyyatı üçün 25 000 manat lazım idi. 18 000 manat yığmışıq, amma geridə qalan 7 000 manatımız çatmır. İmkanlı şəxslərdən mənim qızıma kömək etmələrini xahiş edirəm. Onun sağalması üçün bizə yardım edin”.

Ailə ilə əlaqə: 055 272 45 38

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir