Azərbaycanın avtomobil yollarındakı son vəziyyət AÇIQLANDI

Cəmiyyət

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar ölkənin avtomobil yollarındakı saat 10:00-a olan vəziyyət barədə yeni açıqlama yayıb.

Bildirilib ki, Zəfər yolunda yağıntı yoxdur, 7-8 dərəcə şaxta var. Yolda buzlaşmaya qarşı müvafiq tədbirlər görülür. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Toğanalı – Kəlbəcər – İstisu yolunda yağıntı yoxdur, yolun Toğanalı kəndindən Murovdağ tuneli istiqamətində və tunelin başlanğıc hissəsindən Murovdağ istiqamətində şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur. Hazırda yolun qardan təmizlənməsi işləri aparılır. Ömər aşırımına doğru yüksəkliyə qalxdıqca 8-13 dərəcə şaxta müşahidə olunur. Yolda əmələ gəlmiş buzlaşmaya qarşı müvafiq tədbirlər görülür.

Bakı – Quba yolunun Siyəzən, Şabran, Quba və Qusar rayonlarından keçən hissəsində qar yağır. Quba-Qusar rayonları ərazisində 8-10 dərəcə şaxta var. Yolda buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Xınalıq kəndi ərazisində 14-16 dərəcə şaxta var.

Giləzi – Xızı yolunun Xızı rayonu ərazisindən keçən hissəsində yağıntı yoxdur, 8-10 dərəcə şaxta var. Yolda buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı-Qobustan yolunda yağıntı yoxdur, Qobustan rayonu ərazisində 6-7 dərəcə şaxta var. Yol açıqdır, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Qobustan – Şamaxı – Muğanlı yolunda yağıntı yoxdur, Şamaxı rayonu ərazisində 3-4 dərəcə şaxta var. Gecə saatlarından başlayaraq yolun buz bağlamış sahələrinə qum-duz səpilib. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Muğanlı – Ağsu-Yevlax yolunda yağıntı yoxdur, Muğanlı ərazisində 4 dərəcə şaxta var. Ağsu dolaylarında yolun buz bağlamış hissələrinə qum-duz səpilir. Bu istiqamətdə tədbirlər davam etdirilir. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Muğanlı – İsmayıllı yolunda zəif qar yağır, 8-9 dərəcə şaxta var. Yolda buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

İsmayıllı – Qəbələ – Oğuz- Şəki yolunda zəif qar yağır, Qəbələ və İsmayıllı rayonları ərazisində 8-9 şaxta var. Yolda buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub. Yolun Oğuz – Şəki hissəsində yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin hərəkət təmin olunub.

Yevlax – Şəki – Qax – Zaqatala yolunda yağıntı yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Şəmkir – Gədəbəy yolunda marşrut boyu yağıntı yoxdur. 7-9 dərəcə şaxta var. Yolda buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Gəncə – Daşkəsən yolunda marşrut boyu yağıntı yoxdur. 11 dərəcə şaxta var. Yolda buzlaşmanın aradan qaldırılması ilə əlaqədar hazırda müvafiq tədbirlər görülür. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Ələt – Astara yolunda yağıntı yoxdur, yola qum-duz səpilib. 1-2 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Masallı – Yardımlı yolunun Yardımlı rayonu ərazisindən keçən hissəsində yağıntı yoxdur, 7-8 dərəcə şaxta var. Yolun buz bağlamış hissələrinə qum-duz səpilir. Hərəkəti təmin olunur.

Lənkəran – Lerik yolunun Lerik rayonu ərazisindən keçən hissəsində yağıntı yoxdur, 7-8 dərəcə şaxta var,qum-duz səpilir. Yolda şinləri zəncirlənmiş nəqliyyat vasitələrindən istifadə olunması tövsiyə olunur.

Bakı – Ələt – Hacıqabul – Ucar – Yevlax yolunda yağıntı və şaxta yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Yevlax – Gəncə – Qazax yolunda yağıntı yoxdur, yola qum-duz səpilib. 4-5 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Hacıqabul – Bəhramtəpə – Horadiz yolunda yağıntı və şaxta yoxdur, nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir