Qayınana və gəlin dəm qazından zəhərləndilər

Cəmiyyət

Zaqatalada qayınana və gəlin dəm qazından zəhərləniblər.

resmixeber.az-ın məlumatına görə, hadisə rayonunun Yuxarı Tala kəndində qeydə alınıb. 

Belə ki, kənd sakinləri – 1960-cı il təvəllüdlü Şahizər Mamulaşvili və gəlini, 1988-ci il təvəllüdlü Xəyalə Mamulaşvili yaşadıqları evdə qaz sobasından dəm qazının sızması nəticəsində zəhərləniblər.

Onlar xəstəxanaya yerləşdiriliblər və hazırda müalicələri davam etdirilir.

İlhamə Əbülfət

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir