Biləsuvar sakini ov zamanı qırma xəsarətlərindən öldü – TƏFƏRRÜAT + YENİLƏNİB

Cəmiyyət

Biləsuvar sakininin tüfəngdən açılan atəş nəticəsində ölməsinin bəzi təfərrüatı məlum olub.

“resmixeber.az”un əldə etdiyi məlumata görə, hadisə bu gün saat 17 radələrində Biləsuvar rayonunun Nərimankənd kəndi yaxınlığında ov zamanı baş verib.

Belə ki, Biləsuvar şəhər sakini, 1967-ci il təvəllüdlü Tağıyev Zakir Gülab oğlu ov zamanı başından qırma xəsarətləri alıb. Daha sonra təcili yardım avtomobili ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin artıq onun öldüyü məlum olub.

Hazırda hadisənin mərhumun özü və ya başqası tərəfindən törədilməsi dəqiqləşdirilir.

Faktlı ilə bağlı araşdırma aparılır.

18:47

Biləsuvar sakini qırma xəsarətlərindən ölüb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Yanvarın 9-da saat 17 radələrində Biləsuvar rayonunda 1967-ci il təvəllüdlü Zakir Tağıyevin başından aldığı qırma xəsarətlərindən ölməsi ilə barədə polisə məlumat daxil olub. 

Bildirilib ki, ölüm faktlı ilə bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir