Bakıdan bəzi rayonlara avtobus reysləri təxirə salındı

Cəmiyyət

Rayonlararası və şəhərlərarası müntəzəm marşrut xətləri üzrə avtobusların normal və fasiləsiz fəaliyyətini təmin etmək məqsədi ilə daşıyıcılar təlimatlandırılıb. 

Bu barədə resmixeber.az-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Hazırda Bakıdan rayonlara səfər etmək istəyən sərnişin sayında azalma müşahidə edilir. AYNA tərəfindən istiqamətlər üzrə monitorinq aparılıb. Əksər istiqamətlər üzrə sərnişindaşıma həyata keçirilib. Qəbələ, İsmayıllı, Oğuz, Quba, Qusar, Xaçmaz, Gədəbəy istiqamətinə olan reyslər hava şəraiti ilə bağlı təxirə salınıb.

Qeyd edək ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) qarlı hava şəraiti ilə əlaqədar regional mərkəzlərə nəqliyyat vasitələrinin, eləcə də sərnişinlərin təhlükəsiz hərəkətlərinin təmin olunması barədə tapşırıq verib. Marşrut xətlərində istismar olunan avtobusların qış mövsümünə hazır vəziyyətə gətirilməsi, bunun üçün lazımi tədbirlərin görülməsi ilə bağlı daşıyıcılara əvvəlcədən xəbərdarlıq edilib. 

Könül Cəfərli

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir