Braziliyanın keçmiş prezidenti öz tərəfdarlarını tənqid etdi: “Bu, vandalizmdir” – FOTO

Dünya

Braziliyanın keçmiş prezidenti Jair Bolsonaru öz tərəfdarlarını tənqid edib.

Bolsonaru tərəfdarlarının zorla Konqresə, Prezident Sarayına və Ali Məhkəməyə soxulmalarından narazılığını ifadə edib.

O, öz “Twitter” hesabında baş verənlərə münasibət bildirib.

“Qanunlar çərçivəsində dinc nümayişlər demokratiyanın bir parçasıdır. Ancaq 2013 və 2017-ci illərdə olduğu kimi, bu gün solçuların vandalizm hərəkətləri və ictimai binaları işğal etmələri bu qaydalardan kənardır”, – deyə Bolsonaru qeyd edib.

O, həmçinin Prezident Luiz İnasio Lula da Silvanın etirazçıları Bolsonarunun təhrik etdiyinə dair açıqlamalarına da cavab verib. Keçmiş prezident bu ittihamların əsassız olduğunu bildirib.

“Fəaliyyətim müddətində daim Konstitusiyaya sadiq qalmışam və qanunu, demokratiyanı, şəffaflığı, müqəddəs azadlığımızı müdafiə etmişəm”, – deyə Bolsonaru vurğulayıb.

Qeyd edək ki, Prezident Lula Ali Məhkəmə və Konqresə hücum edənlərin buna sövq edildiyini və qanunun gücü ilə cəzalandırılacaqlarını bildirib.

“Hökuməti formalaşdırarkən bazar gününün səssizliyindən istifadə etdilər. Məlumdur ki, buna keçmiş prezidentin (Bolsonaru) bir neçə çıxışı səbəb olub. Bu, onun və tərəfdarlarının məsuliyyətidir”, – deyə Lula əlavə qeyd edib.

Mənbə: Haber Global 

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir