Türkəçarə müalicə ilə məşğul olan şəxs narkotik ilə tutuldu

Cəmiyyət

Quba rayonunda türkəçarə ilə məşğul olan şəxs narkotiklə saxlanılıb.

“resmixeber.az”un Şimal bürosu xəbər verir ki, hadisə rayonun Bağbanlı kəndində qeydə alınıb.

Belə ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə kənd sakini Qocayev Yalçın Ağacan oğlu saxlanılıb.

Onun üzərinə baxış zamanı narkotik vasitə olan marixuana və “patı” adlanan metamfetamin aşkar edilib.

Faktı “resmixeber.az”un yerli bürosuna DİN Mətbuat Xidmətinin Quba regional qrupunun əməkdaşı Xəyal Talıbov təsdiq edib.

Qeyd edək ki, Y.Qocayev fərdi yaşayış evində türkəçarə müalicə ilə (bel və onurğa ağrıları kimi müxtəlif xəstəliklərin xalq təbabəti ilə müalicəsi ilə) məşğul olurmuş.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir