Xırdalanda YPX avtomobili qəzaya düşüb – FOTO/VİDEO

Cəmiyyət

Abşeronda Yol Patrul Xidmətinin (YPX) avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. 

resmixeber.az xəbər verir ki, qəzanın görüntüləri sosial şəbəkədə paylaşılıb. 

Hadisə Xırdalan şəhərində baş verib. YPX avtomobili, “Ford Fusion” və daha bir nəqliyyat vasitəsinin toqquşması ilə zəncirvari qəza baş verib. Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.

Qəza ilə bağlı resmixeber.az– a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi, polis mayoru Rövşən Tağıyev bildirib ki, hadisə ötən gün Abşeron rayonu Mühəndislik Universitetinin qarşısında baş verib.

O bildirib ki, 77-LC-691 dövlət nömrə nişanlı BMW Markalı avtomobil ilə 99-PY-575 dövlət nömrə nişanlı “Ford Fusion” markalı avtomobil toqquşub. 

BMW toqquşmanın təsirində əks istiqamətli hərəkət zolağına çıxaraq həmin zolaqda hərəkətdə olan “Hyundai” markalı YPX avtomobilinə çırpılıb. Hadisə nəticəsində avtomobillərə maddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır”. 

Könül Cəfərli

 

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir