Təbrizli etirazçı rejim tərəfindən işgəncələrlə öldürüldü – FOTO

Dünya

Təxminən bir ay öncə İranın Təbriz şəhərində baş tutan etirazlarda həbs edilən üç uşaq atası Heydər Əzimi ETTELAAT-ın müstəntiqləri tərəfindən işgəncələr altında öldürülüb.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Yanvarın 2-də Əziminin cənazəsi ailəsinə təhvil verilib və təhlükəsizlik tədbirləri altında dəfn edilib.

Məlumata görə, o, Təbrizdəki etirazların ilk günlərində təhlükəsizlik idarəsi tərəfindən saxlanılıb. Heydər Əzimi ailəsi ilə qısa telefon danışığı zamanı etirazlarda öldürülən “Bəsic” qüvvələrinin üzvü Hüseyn Ocağinin qətlini etiraf etmək üçün işgəncələrə məruz qaldığını bildirib.

Əziminin ailəsi habelə onun öldürülməsini ictimailəşdirməməsi və susması üçün Kəşfiyyat İdarəsi tərəfindən təhdid olunub. Bəzi mənbələr onun qəsdən öldürüldüyünü və bununla da hökumətin etirazları yatırmaq məqsədi güddüyünü bildirir.

Rejimin Əziminin ailəsinə güclü basqıları üzündən onun üç mərasiminin keçirilməsinə belə, icazə verilməyib.

 

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir