Messi və Ronaldunun üzə-üzə gələcəkləri qarşılaşmanın vaxtı məlum oldu

Dünya

Fransanın PSJ klubu qış təlim-məşq toplanışını Qətər və Səudiyyə Ərəbistanında keçirəcək.

PSJ yanvarın 17-də Qətərin paytaxtı Dohaya uçacaq və orada 2022-ci il dünya çempionatının stadionlarından birində məşq edəcək.

Bundan sonra Fransa nəhəngi Ər-Riyada yollanacaq və yanvarın 19-da Səudiyyə Ərəbistanının iki əsas yerli klubu “Ən-Nəsr” və “Əl-Hilal” klubları ilə yoldaşlıq oyunu keçirəcək.

Qeyd edək ki, 2022-ci ilin dekabr ayının sonunda Səudiyyə Ərəbistanı klubuna keçən Kriştianu Ronaldu “Ən-Nəsr”in heyətində PSJ-yə qarşı mübarizə apara bilər.

Bu qarşılaşma portuqaliyalı üçün yeni komandasında debüt oyunu da ola bilər.

Mənbə: Championat.com

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir