İran hökuməti etirazlarda iştirak edən daha üç nəfər haqqında ölüm hökmü çıxarıb – FOTO

Dünya

İranda İnqilab Məhkəməsi etirazlar zamanı İsfahan şəhərində üç təhlükəsizlik məmurunun ölümünə səbəb olan şəxslər haqqında hökm verib.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Ötən ilin noyabr ayında Xane-İsfahan bölgəsində odlu silahla insanlara hücum edərək üç polisi öldürüb, çox sayda insanı yaralayan altı nəfər haqqında hökm elan edilib.

İran Məhkəmə Sisteminin yaydığı açıqlamaya görə, həbs olunan şəxslərdən üç nəfər haqqında məhkəmə edam hökmü çıxarıb. Edama məhkum olunmuş şəxslər Saleh Mirhaşimi, Məcid Kazimi və Səid Yəqubidir.

Məhkəmə digər üç nəfər haqqında isə həbs qərarı çıxarıb.

 

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir