Bakıda Nizami rayonunda istilik sistemində baş verən nasazlıq aradan qaldırılıb.
Bu barədə resmixeber.az-a “Azəristiliktəchizat” ASC-dən məlumat verilib.
Bildirilib ki, təmir işləri yekunlaşıb.
Qeyd edilib ki, istilik xəttinin doldurulması başlanıb, yaxın dəqiqələrdə binaların istilik təchizatı tam bərpa ediləcək, artıq sistemə su verilib.
Xatırladaq ki, qarlı hava şəraiti ilə əlaqədar Nizami rayonunda istilik xəttində qeydə alınan axıntı nəticəsində 17 binanın istilik təminatında fasilə yaranmışdır.
Könül Cəfərli
www.RESMIXEBER.az