Sumqayıtda quldurluq edən şəxs TUTULDU

Cəmiyyət

Sumqayıtda sürücünü bıçaqla hədələyib quldurluq yolu ilə pulunu talamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə resmixeber.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Qeyd olunub ki, Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Taleh Mehdiyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkar olunaraq götürülüb.

Araşdırmalarla onun yanvarın 3-də H.Z.Tağıyev qəsəbəsi ərazisində sərnişin qismində oturduğu “Opel” markalı avtomobilin sürücüsünü bıçaqla hədələyib quldurluq yolu ilə pulunu talaması da müəyyən olunub.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir