Azərbaycanda gələn aydan əmanət faizləri vergiyə cəlb edilə bilər

Cəmiyyət

Gələn aydan Azərbaycanda yerli bankların və xarici bankın yerli filiallarının fiziki şəxslərin əmanətləri üzrə ödədiyi illik faiz gəlirləri vergiyə cəlb edilə bilər.

“resmixeber.az” xatırladır ki, sözügedən gəlirlər 2016-cı il fevralın 1-dən 7 il müddətinə vergidən azad edilib.

Bununla bağlı Vergi Məcəlləsinə edilmiş dəyişikliyin müddətinin artırılması ilə bağlı hələ heç bir yenilik yoxdur, Milli Məclisə müvafiq qanun layihəsi daxil olmayıb.

Xatırladaq ki, əmanət faizlərinin vergidən azad edilməsi manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra banklardan əmanət axınının qarşısını almaq üçün atılmış addımlardan biridir.

Bundan başqa, 2016-cı il martın 4-dən 2021-ci il aprelin 5-nə qədər Azərbaycanda əmanətlər tam sığortalı olub.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir