“Sədərək”də baş verən yanğının təfərrüatı AÇIQLANDI

Cəmiyyət

Fövqəladə Hallar Nazirliyi dünən “Sədərək” ticarət mərkəzində baş verən yanğın barədə məlumat açıqlayıb.

Məlumatda bildirilib ki, yanvarın 8-də Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi təxminən 10 hektar olan “Sədərək” ticarət mərkəzinin ərazisində yerləşən “Şirniyyat” bazarında ümumi sahəsi 1700 kvadratmetr olan bir-birinə bitişik 20 müxtəlif təyinatlı mağaza 800 kvadratmetr sahədə yanıb. Ticarət mərkəzinin böyük hissəsi yanğından mühafizə olunub.

Hadisə nəticəsində 4 nəfər tüstüdən yüngül zəhərlənib, 1 nəfər yüngül bədən xəsarəti alıb.

Hadisə ilə əlaqədar araşdırma aparılır.

www.RESMIXEBER.az

Spread the love

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir